Vergi üzrə kiçik mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Vergilər Xidmətinə göndərilən aylıq, rüblük və illik bütün hesabatların hazırlanması göndərilməsi;
  • Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləyib, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək ;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
  • Şirkətdə vergilər ilə bağlı yaranan bütün məsələləri araşdırıb rəy bildirmək;
  • Dövrlər üzrə mühasibat yazılışlarının mühasibatlıq sistemində Vergi hesabatları üçün uyğunluğunu yoxlamaq;
  • Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsi üçün yoxlamaların tətbiqi (təkrar ödənişlərin yoxlanması, sənədlərə nəzarət);
  • Rəhbərləri tərəfindən istiqaməti üzrə veriləcək sorğu və tapşırıqları icra etmək

Bilik və bacarıqlar:

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil;
  • Vergi istiqamətində 2 il iş təcrübəsi;
  • Analitik və kreativ düşünmə bacarığı;
  • Ofis proqramlarında işləmə bacarığı : MS Excel

Üstünlüklər:

  • Sahə üzrə beynəlxalq sertifikatların olması;
  • İngilis dili bacarıqları.

Son müraciət tarixi: 19 noyabr 2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. 

İşəgötürənin reytinqi