Risklərin qiymətləndirilməsi və idarəolunması şöbəsi üzrə Aparıcı İqtisadçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yarana biləcək potensial risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
  • Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Risklərin idarə edilməsi prosesində lazımi hesabatların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin  həyata keçirilməsi;
  • Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Cəmiyyətin bölmələrində aparılan biznes proseslərinin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi.

Tələblər: 

  • Təhsil: Ali Təhsil (Iqtisadiyyat, Maliyyə sahəsi)
  • Dil bilikləri: Azərbaycan dili – Ana dili; İngilis dili – yaxşı; Digər dil bilikləri əlavə üstünlükdür
  • Proqram bilikləri: Excel, Word, PowerPoint, Outlook
  • Excel/SQL/VBA/Power BI – bilikləri əlavə üstünlükdür
  • ACCA, CFA, FRM beynəlxalq sertifikatlar əlavə üstünlükdür
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşması;
  • Öz üzərində daima çalışmaq;
  • Ezamiyyə imkanları;
  • Sahə üzrə minimum 2 il təcrübə.

İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00-dək

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

İşəgötürənin reytinqi