Mebel ustası

  • Amal Group
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • İş təcrübəsi: Mebel sahəsində 3 ildən çox iş təcrübəsi.
  • Punktual və ünsiyyətcil olması.
  • Fiziki baxımdan tam sağlam olması.

Vəzifə öhdəlikləri:

  • Klassik, modern və s. üslubda mebellərin istehsalı və ya təmiri zamanı görülən bütün işlər.
  • Dizayner tərəfindən verilən çertyoj, şəkil və eskizlərə əsasən müxtəlif stildə mebellərin hazırlanması və üzlənməsi. 
  • Mürəkkəb konfiqurasiyalı mebelin düzəldilməsi, üzlənməsi və təmiri. 
  • Ehtiyac olduqda, mebelin ölçülərinin bir başa götürülməsi.
  • Ehtiyac olduqda, mebel tam hazır olduqdan sonra, məkanlarda quraşdırılma işlərinin aparılması. 

Bilməlidir: 

  • Mebelin çeşidi və quruluşunu; 
  • Məkanına uyğun olaraq mebel məmulatlarının istifadə qaydasını.
  • Müxtəlif üzlük materiallarının çeşidi, xüsusiyyəti, keyfiyyəti və təyinatını; 
  • Mebel ləvazimatlarının ümumi və xüsusi istifadə qaydasını;     
  • Mebel avadanlıqlarının növünü, istifadəsini və texniki imkanlarını;  

İş qrafiki: bazar ertəsi- şənbə 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel ustası" adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.