Satış Meneceri

  • EdIT Academy
  • Elanın qoyulma tarixi: 17.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Akademiyanın xidmətlərini potensial müştərilərə tanıtmaq üçün potensial bazarların araşdırılması, telefon danışıqlarının həyata keçirilməsi və satışların edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanmasının təşkili;
  • Satış strategiyasının hazırlanmasında iştirak;
  • Potensial müştərilərə xidmət təklifi ilə bağlı təqdimatların və digər marketinq materiallarının göndərilməsi, onların cari vəziyyəti və nəticəsinin izlənməsi;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması,
  • Sağlam müştəri münasibətlərinin korporativ standartlara və biznes etikasına uyğun formada qurulması;
  • Müştəri etirazlarının idarə olunması və onların akademiyanın potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Xidmətlərin təşviqi və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən verilmiş hər hansı digər tapşırıqların yerinə yetirilməsi.  

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Yüksək motivasiya;
  • Satış strategiyasının formalaşdırılması;
  • Yüksək səviyyədə komunikasiya bacarıqları və satış qabiliyyəti;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı;
  • Müvafiq sahədə iş təcrübəsi (təlim mərkəzlərində satış konsultantı kimi təcrübəsi olanlara üstünlük veriləcək);
  • Səbrli və səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis və rus dili üzrə bilikləri olması üstünlükdür);
  • Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
  • Rəqiblərin araşdırılması, bazar analizinin aparılması;
  • Rəhbərliyə mütəmadi olaraq satış performansına dair hesabatların verilməsi;
  • Təşəbbüskar yanaşma, yaradıcı ideyalar irəli sürmək;

Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.

İş qrafiki:

  • I-V günlər 10:00-dan-19:00-dək
  • İstirahət günləri: şənbə və bazar günü
  • Təhsil Mərkəzi Nizami metrosu tərəfdə yerləşir.(19 Şıxəli Qurbanov)

EDİT Academy sizə nə vəd edir?

  • Hibrid iş rejimi
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus)
  • Mehriban kollektiv
  • Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti
  • Karyera yüksəlişi imkanı 
  • Korporativ nömrə və danışıq paketi

Maraqlı olan namizədlərdən öz CV - lərini (qısa motivasiya məktubu üstünlükdür) 20.11.2023-ci il tarixinədək mövzu yerinə “Satış mütəxəssisi” və əmək haqqı gözləntilərini yazaraq e-mail-ə göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.