Büdcə və planlaşdırma üzrə baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta ve uzunmüddətli proqnozların hazırlanması
  • Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq
  • Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
  • Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
  • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
  • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
  • ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
  • Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
  • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası:Maliyyə, İqtisadiyyat
  • İş təcrübəsi (minimum):Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Dil bilikləri:Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri:Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), Power BI (arzuolunandır)
  • Digər zəruri tələblər:
  • Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s.)
  • Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları
  • Təqdim etmə bacarığı
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə bacarığı

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və planlaşdırma üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur