İnvestisiya və xəzinədarlıq üzrə baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Dövri olaraq mədaxil və məxaric dövriyyəsini təhlil edərək nağd pul axını proqnozu tərtib etmək və plan/fakt təhlili həyata keçirmək.
  • Biznesin likvidlik və borclanma riskini qiymətləndirmək və qısa və uzunmüddətli proqnozlar vermək
  • Pul qalığının məzənnələr üzrə yerləşdirmə portfelini optimallaşdırmaq və dövri olaraq yeniləmək. 
  • Qiymətli kağızların investisiya portfelini qiymətləndirmək və təkmilləşmə sahələrini müəyyən edərək əsaslandırılmış təkliflər vermək.
  • Dövri olaraq investisiya şirkətləri ilə əlaqə yaratmaq, şirkətin qiymətli kağızlara investisiya siyasətinə uyğun ticarət həyata keçirmək.
  • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə investisiya fəaliyyətinin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
  • Biznesin texnoloji inkşafını, maliyyə dayanıqlılığını və satış göstəricilərini təkmilləşdirmək üçün mövcud və yeni məhsullar üzrə bazar araşdırması etmək, yeni gəlir sahələri təklif etmək və əsaslandırılmasını həyata keçirmək.
  • Layihələrin qiymətləndirilməsi, gəlirlilik  və rəhbərliyin qərər vermə prosesinə təsir edəcək maliyyə modellərin hazırlanması

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: Maliyyə, İqtisadiyyat
  • İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
  • Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), Power BI (arzuolunandır)
  • Digər zəruri tələblər:
  • Maliyyə və risklərin idarə edilməsi üzrə beynəlxalq sertifikatların mövcudluğu (CFA,FRM və s.)
  • Maliyyə hesabatları, proqnozlaşdırma üsulları, İnvestisiya dəyərləndirmə metodları və risklərin idarə edilməsi üzrə biliklər

 

Vəzifənin tələb etdiyi səriştəliliklər:

 

  • Problem həll etmə bacarıqları
  • Təqdim etmə bacarığı
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə bacarığı

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində İnvestisiya və xəzinədarlıq üzrə baş mütəxəssis qeyd etməyiniz xahiş olunur