Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Müəssisə resurslarının avtomatlaşdırılması üçün tələb olunan proses və prosedurların hazırlanmasını həyata keçirmək
  • Maliyyə təsərrüfat fəaliyyətinin təşkili üzrə prioritet hesab olunan proseslər üzrə prosedurların hazırlanması
  • Yeni biznes proseslərinin inkişaf imkanlarını müəyyən etmək üçün təhlilin aparılması və müvafiq tələblərin müəyyənləşdirilməsi
  • Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək
  • Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq
  • Biznes proseslərin optimallaşdırılması zamanı aşkarlanmış risklərin müəyyənləşdirilməsi.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: Mühasibatlıq, İqtisadiyyat 
  • İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il
  • Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları, Power BI (arzuolunandır)
  • Digər zəruri tələblər:
  • Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s.)
  • Biznes və texnologiyanın tələblərini anlamaq
  • İş axınlarını, tapşırıqların izlənməsini və sənədləşdirməni həyata keçirmək üçün layihə idarə edilməsi alətləri ilə tanışlıq.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları
  • Təqdim etmə bacarığı
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur