Şirkətdaxili komplayens proqramının hazırlanması, bu proqram üzrə tədbirlərin həyata keçirilməsi;
Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) ekspertizasını həyata keçirmək və bu sənədləri dövri olaraq nəzərdən keçirməklə cari komplayens tələblərinə uyğunlaşdırılmasına dair təkliflər vermək;
Şirkət daxilində “Maraqların toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq;
Xüsusi komplayens indikatorlarına nəzarət etmək;
Daxili sənədlərin komplayens tələblərinə uyğunluğunu yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
Şirkətin müəyyən edilmiş korporativ idarəetmə məqsədlərinə çatmağa kömək edən əsaslandırılmış korporativ siyasət və strategiyaları tövsiyə etmək;
Şirkətin etik davranış qaydalarının hazırlanmasında iştirak etmək, ehtiyac olduqda dəyişikliklər edilməsini təklif etmək;
Etik davranış qaydalarının tətbiqinə nəzarət etmək;
Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək;
Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, bu barədə birbaşa rəhbərinin məlumatlandırılmasını təmin etmək;
İnsidentlərin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və dəstək göstərmək;
Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
Komplayens sahəsində daxili normativ sənədlərin işlənib hazırlanması və aktual saxlanılması prosesini təmin etmək;
Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil;
Komplayens üzrə sertifikatlara malik olmaq;
Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür, lakin, yəni məzun olmuş təcrübəsiz parlaq Hüquq məzunlarını da müraciət etməyə dəvət edirik;
Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
Operativ və düzgün qərar vermə qabiliyyəti;
Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).