Poliqraf-dizayner

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 13.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil və ya müvafiq sahə üzrə orta ixtisas təhsili ;
  • Müvafiq proqramlarda işləmə bacarığı;
  • Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Kreativlik (yaradıcı potensial) bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer ,kataloq, logolar, etiket yazıları, korporativ qutular, bağlamalar və s. );
  • Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
  • SMM üçün kreativ materialların hazırlanması, kreativ düşüncəyə malik olması;
  • Korporativ üsul və brenddən istifadə qaydalarına malik olması;
  • Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsi prosesinin həyata keçirilməsi;
  • Brending, qablaşdırma üzrə biliklərə malik olmalı;
  • Çapa hazırlıq mərhələsi üzrə biliklərə malik olmalı;
  • Aparılan işlər üzrə hesabatlar hazırlamalı;
  • Dəqiqlik, səbrlilik və punktuallıq keyfiyyətlərinə malik olmalı;
  • Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməli;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirməli;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Poliqraf-dizayner” yazaraq e-mail ünvanına göndərə bilərlər. Xanım namizədlərə üstünlük verilir. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi