Satışsonrası xidmətlərin satışı şöbəsinin müdiri

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (Satış, biznesin inkişafı və ya digər əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi arzuolunandır);
  • Korporativ satış sahəsində rəhbər olaraq 2 il iş təcrübəsi (Ehtiyat hissələrin və ya avtomobillərin satışı üzrə təcrübə üstünlükdür);
  • Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmalı;
  • Şəxsi avtomobilin olması üstünlükdür;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dilləri arzuolunandır;
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik bacarığı olmalı;
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli;
  • Müştəriyönümlü satış etmək və yüksək səviyyədə təqdimetmə bacarığı olmalı;
  • Liderlik keyfiyyətlərinə malik olmalı;
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əlaqələrin qurulmasını, ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
  • Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
  • Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
  • Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata
    keçirilməsini təşkil etmək;
  • Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.
  • Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi,
  • Aylıq və illik satış planının tərtib edilməsi
  • Satış haqqında məhsullar və şirkətlərə görə forecastların hazırlanması
  • Müştəri ziyarət planının tərtib edilməsi.

İş şərtləri: 

  • Əmək haqqı: 2500 – 3000 AZN + satışdan bonus;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı).

Maraqlanan namizədlər mövzu yerində “Satışsonrası xidmətlərin satışı şöbəsinin müdiri” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.