Təchizat zənciri və logistika departamentində təcrübəçi

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 13.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Alınacaq malların sifarişini SAP sisteminə daxil etmək;
  • Mal alımı planlaşdırılmasına və malların alınması üzrə fəaliyyətin həyata keçirilməsinə dəstək göstərmək;
  • Razılaşdırılmış sifarişin müvafiq tədarükçüyə göndərilməsinə dəstək göstərmək;
  • Sifarişə dair anbarı məlumatlandırmaq, öncədən məhsulun gəlişi ilə bağlı anbara məlumat vermək;
  • Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciət etmək və mütəmadi olaraq prosesi nəzarətdə saxlamaq.

Vəzifə tələbləri:

  • MS Office proqramlarını bilmək;
  • Rus dili (yaxşı), ingilis dili (yaxşı), türk dili (arzuolunandır);
  • Riyazi biliklərin olması.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.  

İşəgötürənin reytinqi