Elektrik

İşin təsviri

Aşağıdakı regionlar üzrə Elektrik axtaşındayıq:

  1. Beyləqan filialı
  2. Bərdə filialı
  3. İmişli filialı
  4. Zərdab filialı
  5. Goranboy filialı
  6. Ağcabədi İnnovasiya Filialı

Vəzifə öhdəlikləri:

  • Filialın enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə etmək;
  • Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil etmək;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək;
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.

Tələblər:

  • Sahə üzrə ali təhsil / sertifikat
  • Enerji avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətini, iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir.
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.

Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Elektrik” və uyğun regionu qeyd etməklə mail ünvanına göndərə bilərlər.