Baş Mexanik

  • Company
  • Elanın qoyulma tarixi: 11.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
  • Təmirə dayanmış texnikaların vaxtında təmirinin başa çatdırılması və tam, istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək
  • Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama - sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
  • Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
  • Texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
  • Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
  • Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
  • Sahəyə  buraxılan və sahədən qayıdan texnikaların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
  • Tabeçiliyində olan traktoristlərə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir.
  • Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
  • Texniki nasazlıqlarla sahədən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
  • Baş aqronomun sahə ilə bağlı aqro texniki tələblərini əksiksiz və nöqsansız  təmin edir.
  • İllik əkin-bicin  planına uyğun olaraq texnikaya ehtiyac siyahını təqdim edir
  • Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
  • Rəhbərlik  tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

Tələblər:

  • 30-45 yaş həddi
  • Mexanika sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
  • Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı
  • MS Excel proqram biliyi;
  • 1 C  proqramı bilikləri üstünlükdür.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • Sürücülük vəsiqəsi olmalı
  • John Deer, New Holland, Belarus  və türkiyə istehsalı olan texnikalarının təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olması üstünlükdür.
  • Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır