Mikro kreditlər üzrə kredit mütəxəssisi/ Aparıcı kredit mütəxəssisi (Bərdə, Şirvan, Mingəçevir, Xaçmaz filialları üzrə)

  • Express Bank
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Kredit bazarını təhlil edir  və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa  təqdim edir;
  •  Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 (bir) illik iş təcrübəsi;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

İşəgötürənin reytinqi