Çatdırılma üzrə təmsilçi (Moped)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • A1 kateqoriyalı sürücülük vəsiqəsi;
  • Loyallıq və şirkət qaydalarına riayət etmək;
  • Stresə davamlı olmaq;
  • İnkişafa meyilli və təşəbbüskar olmaq;
  • Gülərüz, yüksək xidmət göstərmək bacarığı olmaq;
  • İşində ciddi və məhsuliyyətli olmaq;

Öhdəliklər:

  • Göndərişləri təhvil almaq, müəyyən edilmiş təyinat məntəqələri üzrə çeşidləmək və müvafiq ünvanlara çatdırılmanı həyata keçirmək;
  •  Hər bir müştəriyə məhsul təhvili proseduruna uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
  • Məhsulun təhvil-təslimi zamanı müştəriyə məhsul, sənədləşmə, zəmanət və digər lazımı məsələlər üzrə tam məlumat vermək və müştəri suallarını dolğun şəkildə cavablandırmaq;
  • Sifarişlərin vaxtında, təhlükəsiz və səliqəli şəkildə müştərilərə çatdırılmasını təmin etmək;
  • Göndərişlərlə bağlı bütün sənədləşmənin tam və dəqiq yerinə yetirilməsindən əmin olmaq;
  • Göndərişlərin çatdırılması zamanı müvafiq nağd, kredit və nağdsız ödənişləri hesablaşmaları düzgün şəkildə həyata keçirmək;
  • Etibar olunan depozit məbləğə və sifarişə maddi məsuliyyət daşımaq;
  • Çatdırılması ertələnmiş məhsulların anbardara şöbənin daxili prosedurları və iş vərdişlərinə uyğun təhvil vermək;
  • Günlük, həftəlik və aylıq hesabatların hazırlamaq;
  • Çatdırılma işinin məhsuldar təşkili üçün mütəmadi olaraq təkliflər hazırlamaq;

Əgər siz də müvafiq sahələr üzrə yeni bilik və bacarıqlar əldə etmək və karyeranızı Baku Electronics şirkətində davam etdimək istəyirsinizsə, CV-lərinizi mövzu hissəsində “Çatdırılma üzrə təmsilçi (Moped)” qeyd etməklə göndərə bilərsiniz!

İşəgötürənin reytinqi