Satış mütəxəssisi

  • Nart Group
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin məhsul və xidmətlərinin korporativ satışının təşkili;
  • Müştəri axtarışı, cari müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlər, məhsullar və xidmətlərin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər müxtəlif kanallar vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən məhsullar və xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Satış strategiyasının hazırlanmasında iştirak, rəhbərlik tərəfindən qoyulan satış hədəf və planlarının yerinə yetirilməsini təmin etmək;

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi; (tikinti materiallarının korporativ satışı istiqamətində iş təcrübəsi üstünlükdür)
  • Korporativ satış ilə bağlı bazar araşdırma qabiliyyətinə malik olmaq;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilmək;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan  və rus  dillərində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis dili üzrə bilikləri  olması üstünlükdür );
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.