Təmir sahəsinin rəisi-Baş mühəndis

  • STP Alüminium
  • Elanın qoyulma tarixi: 09.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə dair əsas tələblər, kompetensiyalar:

  • Ali-texniki mühəndis təhsili
  • Kompyuter biliyi
  • Metal seçmə və metalın xüsusiyyət biliklərini
  • İdarəetmə qabiliyyəti
  • İşçilərlə ünsiyyət qurma bacarığı

Vəzifə öhdəlikləri:

  • Avadanlıqların fasiləsiz , texniki xidmətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
  • Avadanlıqlara baxış sınaq və profilaktik təmir işlərini təmin edir. İstehsalın texniki hazırlığını təmin edir. Təmir arası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir.
  • Avadanlıqların təmiri, təmir – istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib –hazırlanmasına, təmir keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyyat hissələrinin və materialların alınmasını təmin edir. 
  • Təmir işlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir.
  • İstehsalat zəruriyyəti ilə lazım olan təmir işlərini təşkil edir.
  • Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili işlərini yerinə yetirir.
  • Təbii sərvətlərin, enerjinin, materialların faydalı istifadə olunmasına imkan yaradır.   
  • Layihə olunacaq avadalıqların texniki göstəricilərin səviyyəsini təyin edir. Layihə üzrə texniki hesablamalar aparır və layihə olunacaq konstruksiyanın effektliyini texniki –iqtisadiyyatını təşkil edir və digər texniki sənədləri tərtib edir. İşlənib hazırlanmış layihələri müəssisənin başqa bölmələri ilə, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırır.