Keyfiyete nəzarət mühəndisi

İşin təsviri

İş təcrübəsi:7 il

Əmək haqqı Razılaşma yolu ilə

İş barədə məlumat:

Vəzifə öhdəlikləri: 

  • Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarəedilməsi Planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət;
  • Tikinti prosesinin izlənməsi , keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə Layihə Menecerinə məlumat verilməsi;
  • Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Keyfiyyət gösətricilərinə uyğun Subpodratçıların qiymətləndirilməsi və seçimi ilə bağlı Texniki ofis və Layihənin digər müvafiq əməkdaşaları ilə sıx mütamədi əlaqə;
  • Keyfiyyətə nəzarət üzrə standartların tətbiqi;
  • Sub- podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi;
  • Layihə üzrə Keyfiyyətə nəzarət üzrə Təlim Planınının hazırlanması və həyata keçirilməsi;
  • Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq  hesabatın hazırlanması və Rəhbərliyə təqdim edilməsi. 

Namizədə tələblər:

Tələb olunan göstəricilər:

  • Mühəndislik ixtisası üzrə Ali təhsil;
  • inşaat sahəsində ən azı 7 illik iş təcrübəsi;
  • Beynəlxalq Layihə və ya Təşkilatda iş təcrübəsi arzuolunandir;
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • Komanda ilə işləmə bacarıqları;
  • Güclü analitik düşünmə bacarıqları;
  • Azərbaycan və İngilis dil bilikləri (Rus dili biliyi üstünlük təşkil edir).

İş şəraiti barədə məlumat: 

  • İş rejimi: həftənin  I – VI günləri 

Yalnız qeyd olunmuş tələblərə cavab verən namizədlər CV- lərini göndərə bilərlər. CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyt etməyiniz xahiş olunur.