Auditor

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
  •   Müəyyən edilmiş standartlara uyğun olaraq və büdcədə nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək;
  •   Məhdud nəzarət altında audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək; 
  •   Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
  •   Müəyyən edilmiş riskləri aradan qaldırmaq və ya azaltmaq üçün tövsiyələri  özündə əks etdirən yekun audit hesabatlarını hazırlamaq və ya hazırlanmasında köməklik göstərmək;
  •   Yazılı hesabatlar və təqdimatlar vasitəsilə audit yoxlama nəticələrini rəhbərliyə çatdırmaq və ya çatdırılmasında köməklik göstərmək;
  •   Müəyyən edilən risklərin rəhbərlik tərəfindən aradan qaldırılmasını yoxlamaq üçün izləmə audit yoxlamalarını həyata keçirmək;
  •   Şirkət və departament daxilində effektiv əlaqələr qurmaq və inkişaf etdirmək;
  •   Daxili və ya kənar təlimlərə qoşularaq peşəkar bacarıqları inkişaf etdirmək və iş mühitində qazanılan bacarıqları tətbiq etmək;
  •   Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Audit və ya maliyyə/ mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi;
  • Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
  • Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır;

İşçinin təminatları:

  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif  müəssisələrdə karyera davamı imkanı;                    
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.