Həkim

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 06.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Müalicə və diaqnostika prosesinin düzgün dəyərləndirilməsi;
  • Sənədləşmənin, xəstələrin müayinə və müalicəsi metodlarının düzgünlüyünün və məqsədəuyğunluğunun yoxlanılması;
  • Daxili normativ akt və digər sənədlərə ilkin rəyin verilməsi;
  • Keçirilən müayinə iclaslarında iştirak;
  • Tələb olunan cavab məktublarının hazırlanması;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin və tapşırıqların peşəkar səviyyədə və vaxtında icra edilməsi;
  • Qurumun daxili intizam və etik davranış qaydalarına riayət etmək.

Tələblər:

  • Ali tibbi təhsil;
  • İxtisası üzrə ən azı 2 il əmək stajı;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak və sertifikat;
  • Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək və digər normativ hüquqi aktları barədə məlumatlı olmaq;
  • MS Office komputer proqramından sərbəst istifadə etməyi bacarmaq.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi 
  • Əmək haqqı: 1800-2200 AZN-dək
  • Təminatlar: İllik performans göstəricilərinə uyğun mükafat sistemi.

Müraciət qaydaları mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.