İşin təsviri
Əmək funksiyası:
- Istehsalat sahəsinin cari və perspektiv inkişaf planlarının tərtib olunması, yeni texnika və yeni növ məhsullar istehsalı texnologiyalarının tətbiqində, texniki-təşkilatı tədbirlərin işlənməsində iştirak edir;
- Yeni layihələndirilən və fəaliyyətdə olan istehsal sahələrinin rekonstruksiya olunması, tapşırıqlarının tutulması və texniki-iqtisadi əsaslandırılma işlərində iştirak edir;
- Yeni istifadəyə verilən avadanlıqların istismara qəbul olunmasında, əsaslı təmirdən sonra texnoloji aqreqatların işə başlamasında iştirak edir;
- Texnoloji təlimatlar və texniki şərtlərin, xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və istehsal prosesində sərf normalarının yerinə yetirilməsini nəzarətdə saxlayır;
- Standart və texniki şərtləri olmayan müxtəlif növ məhsulların istehsalı üçün sifarişçilərlə texniki şərtləri razılaşdırır;
- İstehsalat sahəsində standartlaşdırma işlərini təşkil edir, standart və texniki şərtlərin istehsalatda tətbiq olunmasını nəzarətə götürür;
- Texnoloji aqreqatlarda əmələ gələn qəzaların səbəblərini araşdırmaq və onların qarşısının alınması tədbirlərini hazırlayır;
- İstehsalatda sifarişlər üzrə istehsal planlarını yerinə yetirməkdə texniki köməklik göstərir, aylıq istehsal, texniki, material, azqiymətli, hazır məhsul və s hesabatların hazırlanmasını təmin edir;
- Zay məhsulların buraxılması səbəblərini araşdırır, keyfiyyətin yaxşılaşdırılması, istehsal itkilərinin azaldılması, xammal və materialların səmərəli istifadəsi barədə tədbirlər işləyib hazırlayır;
- İstehsalat sahəsinin işinə aid olan məsələlərin həlli üçün kənar təşkilatlarla danışıqlar və yazışmalar aparır, sənədləri vizalayır
- Xammal stok ehtiyatını nəzarətdə saxlayır (aidiyyatı şöbələrlə birlikdə);
- İllik büdcələrin hazırlanmasında iştirak edir
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum):Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası:Müvafiq sahə üzrə ali texniki təhsilli
- İş təcrübəsi (minimum):Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi
- Dil bilikləri :Azərbaycan dili, Rus dili (İngilis dili arzuolunandır)
- Kompüter bilikləri:Peşəkar səviyyədə Microsoft office proqramlarını
- Digər zəruri tələblər:Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını bilməlidir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Planlama və təşkil etmə
- Biznes yönümlülük
- Peşəkarlıq
- Dürüstlük
- Problem analiz etmə
- Nəticə yönümlülük
- Detallara diqqət
- Nizam-intizam
- Etik davranış
- Məsuliyyət
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsalat müdiri” qeyd etməyiniz xahiş olunur