Layihə rəhbəri

  • Amal Group
  • Elanın qoyulma tarixi: 06.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Təhsil: Ali təhsil (Sənaye və mülki tikinti ixtisası üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCad
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Layihənin iş həcminin müəyyən edilməsi;
  • Layihədə vaxtın idarə edilməsinə nəzarət etmək;
  • Layihədə xərclərin idarə edilməsi sistemini təmin etmək;
  • Layihədə keyfiyyətin idarə edilməsinə nəzarət etmək;
  • Layihədə resursların idarə edilməsi tədbirlərini təmin etmək; 
  • Layihədə komunikasiyaları idarə etmək;Layihədə risklərin idarə edilməsini təmin etmək;
  • Layihədə təchizatın idarə edilməsinə nəzarət etmək;
  • ƏM TT (Əməyin mühafizəsi və Təhlükəsizliyin Texnikası) üzrə qanunvericilik tələblərini layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına daxil edir;
  • Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
  • Layihədə gözlənilməz halların və problemlərin həll edilməsini təşkil edir;
  • Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
  • Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir.

İş qrafiki:

  • bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Layihə rəhbəri” adını qeyd edərək göndərmələri xahiş olunur