Bitki baxıcıları (Xanım)

  • Buta Group
  • Elanın qoyulma tarixi: 05.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aqronomun və briqadirin nəzarəti altında istixana daxilində bitkilərə qulluq edir;
  • İstixana daxilində bitkilərdə yarana biləcək və ya baş vermiş xəstəliklərlə bağlı dərhal briqadirə, və ya aqronoma məlumat verir;
  • İstixana ərazisində bitkiyə qulluq (Yarpaq dolama, budama, salxıma dəstək, yatırma, yığım) işlərini yerinə yetirir;
  • Əkin sahəsində rastlaşdığı gündəlik problemlərin həllində köməklik göstərməlidir;
  • Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;

Təhsil və iş təcrübəsi:

  • Orta təhsil
  • Minimum 3 ay analoji sahə üzrə təcrübə üstünlük hesab olunur.

Bacarıq və səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik.

Təminatlar:

Nəqliyyat təmin edilir.

Bilməlidir:

  • Bitkiyə qulluq qaydalarını;
  • Alətlər ilə işləməli, yarpaq kəsimi metodunu bilməli, bitkilərin becərmə texnologiyasını və bitki mühafizəsini qoruması qaydalarını;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi  göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Bitki baxıcısı (Sumqayıt)” qeyd etməyi unutmayın.

İş yeri: Sumqayıt, Stansiya Sumqayıt, İstixana Kompleksi

İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: 400 azn