Aparıcı Qrafik Dizayner/Motion Dizayner

  • Reel Agency
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifələr:

  • Sosial media paylaşımları, reklamlar, marketinq kampaniyaları üçün yaradıcı qrafik və motion dizaynların hazırlanması.
  • Brendin iş sahəsi və hədəf auditoriyası ilə uyğun gələcək dizayn ideyalarının irəli sürülməsi.
  • Kreativ komanda ilə davamlı iş birliyi və dizayn konseptlərinin həyata keçirilməsi.
  • Verilmiş təlimatlar / informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Təqdimatların həyata keçirilməsi və düzgün kommunikasiya 
  • Trendləri izləmək və yenilikçi motion dizayn texnikalarını mənimsəyərək, ərsəyə gətirilən məzmunlarda tətbiqini təmin etmək.
  • Bütün layihələrdə yüksək dizayn keyfiyyəti və yaradıcılığın qorunması.
  • Kiçik dizaynerlərin işlərini nəzərdən keçirərək onların inkişafına və təkmilləşməsinə kömək etmək, ərsəyə gətirilmiş işlərin şirkətin və müştərinin istək və tələblərinə uyğunluğunu təmin etmək çərçivəsində gərəkli müdaxilələr və istiqamətləndirmələrin edilməsi 

Tələblər:

  • Qrafik və motion dizayn sahəsində 2 ildən yuxarı aqentlik təcrübəsi 
  • Portfolio
  • Yaradıcı düşüncə
  • Adobe Creative Suite “Adobe Indesign”, “Adobe Photoshop”, “Adobe Illustrator”, “Adobe Premiere”, “Adobe After Effects" bacarığı.
  • Sosial media platformaları və onların dəyişkən tələbləri ilə bağlı məlumatlılıq
  • Təşəbbüskarlıq və çeviklik;
  • Məsuliyyətlilik və stresə davamlılıq;
  • Komandada işləmə bacarığı.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. 

Maraqlanan namizədlər vakansiyanın adını qeyd edərək CV-lərini və portfoliolarını göndərə bilər. 

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi