Çilingər (anbar avadanlıqıları və ağır texnika)

  • Unitexnika MMC
  • Elanın qoyulma tarixi: 04.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşlə bağlı tələblər:

  • Anbar avadanlıqları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
  • Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
  • İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
  • Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
  • İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
  • Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
  • İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
  • Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək

Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):

  • Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
  • Cinsi - Kişi
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür
  • Yaş həddi 25-45
  • Dil bilikləri: Azərbaycan dili sərbəst
  • İş təcrübəsi: 2-3 il
  • Anbar avadanlıqları və ağır texnikanın əsas iş prinsipləri
  • Anbar avadanlıqları və ağır texnikanın texniki xüsusiyyətləri, imkanları və məhdudiyyətləri
  • İş saatlarında dəqiqlik
  • Anbar avadanlıqları və ağır texnikanı idarəetmək
  • Şifahi və yazılı təlimatları başa düşmək və riayət etmək

 

İş saatı:

  • İş qrafiki - 6 günlük 09:00 – 18:00
  • Əmək haqqı – 700-1000 AZN
  • Nahar şirkət tərəfindən verilir