Layihə meneceri

İşin təsviri

Yaş: 20-30

Təhsil :Ali

İş təcrübəsi:1-3 il

Öhdəliklər:

  • Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarının yaradılması
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq
  • Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək
  • Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək
  • Layihə rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə edilməsi
  • Tapşırıqların qeyd edilməsi üçün onlayn sistemlərlə işləmək bacarığı
  • Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək
  • Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

  • Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
  • İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
  • Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
  • Ali təhsil, (Layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
  • Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
  • Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik.

Əmək şəraiti:

  • İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar təlimlərdə iştirak.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə menecerivə mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməklə göndərmələri xahiş olunur.