Maliyyə Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
  • Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
  • Büdcə proqnozlarının icrasına nəzarət edir;
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin  ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
  • Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir;
  • Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir;
  • Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
  • Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir;
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
  • Vəzifə icrası ilə bağlı digər işlər.

Tələb və bacarıqlar:

  • Təhsil dərəcəsi:  Maliyyə-Mühasibatlıq, Iqtisadiyyat və ya bənzər sahə üzrə Ali təhsil
  • Əlavə təlim sertifikasiyası: ACCA, CFA kimi beynəlxalq sertifikatların olması 
  • Xarici dil bilikləri: Azərbaycan dili - əla, Rus dili və Ingilis dili (arzuolunandadır)
  • İş təcrübəsi: Minimum 3 il  
  • İşgüzar bacarıqlar: Çeviklik, qərar vermə qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli. 

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş vaxtı 9.00-dan 18.00-dək  
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə     
  • Əmək haqqı razılaşma əsasında

Uyğun namizədlər CV-lərini email ünvanına göndərə bilər.