Təhlükəsizlik Sistemləri Şöbəsinin Kiçik Mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 29.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Rol haqqında:

Kapital Bankın təhlükəsizlik sistemlərinin proqramlaşdırılmasında, optimallaşdırılmasında və fasiləsiz işlək olmasının təminatında iştirak edəcək, yeniliyə və öyrənməyə açıq namizədlər axtarırıq.

Öhdəliklər:

  • Video-müşahidə sisteminin quraşdırılmasında və idarə edilməsində iştirak etmək;
  • Verilənlər bazasının formalaşdırılması və idarə edilməsində iştirak etmək.

Tələb olunan bacarıq və təcrübə:

Sizin barənizdə: 

  • Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsinə sahib olmaq;
  • Proqram təminatı  üzrə  ilkin biliklərə sahib olmaq (C#, Python, Java və s.);
  • İT texniki xidmət (Help Desk) üzrə ilkin bilikli olmaq.

Əsas peşəkar və şəxsi keyfiyyətlər:

  • Vətəndaş qüsursuzluğuna malik olmaq;
  • Detallara diqqətli yanaşma bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Xidməti fəaliyyəti ilə bağlı məxfilik qaydalarına əməl etmək;
  • Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməmək.

Dil bilikləri:

  • Azərbaycan dili;
  • İngilis dili (oxumaq və yazmaq - orta səviyyədə);
  • Rus dili (arzuolunandır).

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

İşəgötürənin reytinqi