Ofis Meneceri

  • Company
  • Elanın qoyulma tarixi: 28.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət
  • E-mail və telefonların cavablandırılması
  • Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək
  • Ümumi məhsul sifarişi üçün xarici şirkətlərlə yazışmaların aparılması
  • Gündəlik hesabatların hazırlanması
  • Ofis daxili inzibati işlər
  • Kuryer şirkətlərlə iş prosesini təşkil etmək
  • Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək
  • İş qrafiki: B.e.-C- 09:00-dan 18:00-dək , Şənbə qısa iş günü (6 günlük iş qrafiki)
  • Nahar vaxtı: 13.00-dan 14.00-dək
  • Rəsmi əmək müqaviləsinə əsasən işə qəbul.
  • Uyğun namizədlər üçün birinci ay ödənişli sınaq müddəti kimi qeyd ediləcək.
  • Aylıq maaş net olaraq 800 – 1000 AZN arası.

Namizədə tələblər:

  • Cins: Qadın
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti , ingilis dili biliyi orta səviyyədə danışıq və yazı qabiliyyəti (Rus biliyi üstünlükdür)
  • Mühasibatlıq üzrə baza məlumatlara malik olmaq.
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq
  • Xoş görünüşlü və ünsiyyətcil
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı
  • Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
  • Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir)
  • Müvafiq sahədə iş təcrübəsi

Uyğun namizədlərdən mail ünvanına şəkilli CV atmağınız xahiş olunur.