Tikinti üzrə mühəndis (Daşkəsən)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sahədə yerinə yetiriləcək təmir, tikinti və söküntü işlərinə nəzarət etmək
  • İllik tələb olunan materialların sifarişini hazırlamaq
  • Cəmiyyətin illik təmir və tikinti işləri üzrə daxil olan sifarişlərinin iş həcmlərini hesablamaq və eskiz cizgilərini hazırlamaq
  • Sahədə görülən işlərin təhvil təslim aktı əsasında qəbulunu yerinə yetirmək 
  • Sahədə podratçıların işinə nəzarət etmək, və qüsurlar barədə podratçıya xəbərdarlıq etmək 
  • Layihələndirilən təmir, tikinti və söküntü layihələri ilə tanış olmaq və irad və təkliflər hazırlamaq
  • Tikinti quraşdırma işlərinin tikinti norma və qaydaların uyğun yerinə yetirilməsinə nəzarət etmək
  • Tikilmiş obyektlərin istismara qəbulunun təşkilində iştirak etmək
  • Günlük, həftəlik və aylıq hesabatlar təqdim etmək

Namizədə tələblər:

  • Ali mühəndislik təhsilli;
  • Sənaye və mülki tikinti işləri üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
  • AutoCad proqramından yüksək istifadə bacarığı;
  • İş yeri Daşkəsən şəhərində olacağından, daimi Gəncə, Daşkəsən və digər yaxın ərazilərdə yaşaya biləcək namizədlərə üstünlük veriləcəkdir;

Bacarıqlar:

  • Layihələrin idarəedilməsi bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;

Digər məlumatlar:

  • İş yeri: Daşkəsən şəhəri
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi 
  • İş vaxtı: 08:00 – 17:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tikinti üzrə mühəndis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.