Kiçik hüquqşünas (Bazarstore)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 22.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Hüquq sahəsi üzrə Ali təhsil;
  • Müvafiq qanunvericilik üzrə biliklər;
  • Dövlət rüsumları və cərimələr haqqında biliklər;
  • İşgüzar ünsiyyət bacarıqları;
  • Məhkəmələrdə təmsil edə bilməli, hadisələrə hüquqi qiymət verə bilməli.

İş haqqında:

  • Cəmiyyətin fəaliyyətinə aid məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırmaq, səlahiyyətləri daxilində ekspertizasını aparıb onlara rəy vermək və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təklif vermək;
  • Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət orqanlarından, qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaq, araşdırmaq, nəticəsi barədə rəhbərinə məruzə etmək, razılaşdırdıqdan sonra isə cavablandırmaq və göndərmək;
  • Cəmiyyətin struktur bölmələrinin fəaliyyətini tənzimləyən əsasnamələr, vəzifə təlimatlarının, şirkətdaxili qaydaların və prosedurların hazırlanmasında iştirak etmək;
  • Dövlət orqanlarında və qeyri-hökümət təşkilatlarında, fiziki və hüquqi şəxslər qarşısında Cəmiyyətin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
  • Müvafiq səlahiyyətlər notarial qaydada ona verildikdə, notariat orqanlarında Cəmiyyəti təmsil etmək, notarial müqavilələri bağlamaq, dəyişdirmək, onlara xitam vermək.

İş şərtləri:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
  • Nahar şirkət tərəfindən qarşılanır.

İş yeri: Bakı şəh. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsinə "Kiçik hüquqşünas (Bazarstore)" qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi