Təhlükəsizlik departamentinin rəhbəri

İşin təsviri

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı: Təhlükəsizlik departamentinin rəhbəri
İş yeri: Bakı, Azərbaycan
Yaşı və cinsi: 30-45, kişi

Əsas vəzifə öhdəlikləri:
• Müəssisənin hüquqi və təşkilati müdafiəsi üzrə işləri təşkil edir və bu işlərə rəhbərliyi həyata keçirir.
• Mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər hazırlayır və onlara rəhbərlik edir.
• Təhlükəyə müvafiq olaraq müdafiə vasitələri və mühafizə rejimi növlərini işləyib hazırlayır.
• Zəruri xallarda, əməkdaşların şirkətə sədaqətli olduğunun yoxlanılmasını və qiymətləndirilməsini həyata keçirir.
• Şirkətin nəql edilən material qiymətlilərinin toxunulmazlığını təmin edir. 
• Nəzarət-keçid rejiminə riayət olunmasını təmin edir.
• Təhlükəsizlik məsələləri üzrə işçilərin tədris və təlimini keçirdir.
• Müəssisənin kommersiya sirri olan məlumatlara və işlərə əsassız giriş və icazənin qarşısını alır.
• Obyektin mühafizəsinin aparılmasına DİN-nin, kommersiya mühafizə obyektlərinin təhlükəsizlik xidmətlərinin cəlb edilməsinin zəruriliyini qiymətləndirir.
• İşçilər və ziyarətçilər tərəfindən təhlükəsizlik rejiminin tələblərinə əməl edilməsinə nəzarət edir.
• Məlumatların yayılması, sənədlərin, qiymətli əşyaların itirilməsi faktları üzrə və müəssisənin təhlükəsizliyinin pozulması üzrə digər pozuntuların xidməti araşdırılmasını təşkil edir və aparır.
• Müəssisənin təhlükəsizliyinin təminatı üzrə tələblərin təsbit edilməsi məqsədilə əsas sənədlərin (təlimat, əsasnamə, qaydalar) işlənib hazırlanması işlərinə rəhbərlik edir.
• Müəssisənin təhlükəsizliyinin müdafiəsi istiqamətində hüquqi, təşkilati və mühəndis-texniki tədbirlərin təkmilləşdirilməsi üzrə təkliflər verir.
• Rejimin pozulmasının uçotunu və analizini təşkil edir.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
• Dil bacarıqları: Azərbaycan, rus, ingilis;
• Kompüter biliyi: Microsoft Office proqram təminatını, ən azı Exel, Word və Power Point proqramlarını yaxından tanımaq zəruridir.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar