Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 19.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • Anbarda mal qəbulu zamanı məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması;
  • Mal qəbulu zamanı aşkar edilən uyğunsuzluqlar üzrə aktların tərtibi;
  • Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün əlaqədar struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi;
  • Etiket məlumatlarına, orqanoleptik göstəricilərə və daşınma şərtlərinə nəzarət edilməsi;
  • AQTA üçün tələb olunan nümunələrinin hazırlanması və təhvil verilməsi;
  • İstehsal prosesində məhsulların keyfiyyətinə nəzarət və istehsalat hesabatlarının hazırlanıb təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi, Kimya mühəndisliyi);
  • Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);
  • İSO 9001 və İSO 22000 sertifikatlarının olması üstünlükdür;
  • Araşdırma və analizetmə qabiliyyəti;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Hesabatlılıq.

Təminatlar:

  • Şirkət hesabına nahar;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı namizədin bilik-bacarığına əsasən təyin olunacaq;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd edərək mail ünvanına müraciət etmələrini xahiş edirik.