Tikinti xərclərinə nəzarət üzrə aparıcı mütəxəssis

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin və büdcələrin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
  • Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
  • Büdcələrin ehtimal dəyərlərinin hazırlanması;
  • Layihə büdcələrinə nəzarət etmək və xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi
  • Layihə qiymətlərinin və büdcənin təhlili;
  • Maliyyə dəyərləndirilməsinin aparılması və düzgün formada adiyyatı üzrə təqdim olunması;
  • Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
  • Tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması, müqayisə cədvəllərinin hazırlanması və yaranmış fərqlərin araşdırılması;
  • Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
  • İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
  • Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
  • Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması.
  • Layihələrin maliyyə axınlarının hazırlanması və təqdim edilməsi;
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
  • Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.

Tələblər:

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili – səlis, İngilis dili – orta (şifahi və yazılı);
  • Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD
  • Mülki tikinti sahəsində oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
  • Komanda ilə işləmək bacarığı;
  • Öz təşəbbüslərindən istifadə etmək bacarığı;
  • İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;
  • Detallara qarşı diqqətcil olmaq;
  • Yüksək ünsiyyət bacarıqları.

Xahiş olur CV-lərinizi ” Tikinti xərclərinə nəzarət üzrə aparıcı mütəxəssis” başlığı altında e-mail ünvanına göndərəsiniz.

İşəgötürənin reytinqi