Baytar Həkim (Biləsuvar)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 18.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Baytarlıq sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə ən az 3 il təcrübə;
  • MS Office proqramlarının mükəmməl biliyi;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı;
  • Görülən işlərlə bağlı hesabatlar təqdim edəbilməli.

İş haqqında:

  • İri buynuzlu və kiçik baş heyvanların epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin parrillas yolu ilə xəstəliklərdən qorunması;
  • Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
  • Xəstə heyvanların müalicə edilməsi;
  • Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
  • Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
  • Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
  • Heyvanların müayinə və müalicə işini aparır; 
  • Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir. 
  • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir. 
  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir. 
  • Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
  • Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
  • Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.

İş şərtləri: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna mövzu yerinə "Baytar həkim (Biləsuvar)" yazaraq göndərə bilər və ya "Müraciət et" bölməsindən qeydiyyatdan keçə bilərsiniz.

İşəgötürənin reytinqi