İşin təsviri
Vəzifə öhdəlikləri:
- Cari müştəri bazası əsasında müştərilərlə telefon əlaqəsi yaradaraq müştəri məmnuniyyətini ölçmək
- Müştəri geribildirimlərini təhlil edərək müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
- Texniki heyətin fəaliyyətinin monitorinqini aparmaq (xidmətə qoşulma və servis sonrası)
- Vəzifə təlimatına uyğun digər cari işləri icra etmək
Namizədə tələblər:
- Təhsil: Minimum təhsil dərəcəsi orta ixtisas
- Təcrübə: call center, müştəri xidmətləri və ya satışdan sonrakı xidmət sahəsi üzrə minimum 2 illik iş təcrübəsi ( telekommunikasiya, İT sahəsində iş təcrübəsi olanlara üstünlük verilir)
- İT bilikləri: Ofis proqramlarını yaxşı səviyyədə bilməli
- Məntiqi düşüncə, məlumatlarla işləmək və yüksək korporativ ünsiyyət bacarığı, məsuliyyətlilik, problem həll etmə vərdişlərinə sahib olmalı
- Dil biliyi: Rus dili (danışıq səviyyəsində)
İş yeri: Bakı və Xirdalan ş.
İş şəraiti: 6 günlük iş qrafiki
Əmək haqqı: Bazar rəqabətli əmək haqqı
Əməkdaş Şirkət tərəfindən əmək müqaviləsi, əmək məzuniyyəti, nahar və korporativ xəttlə təmin edilir.
Namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək CV-lərini göndərməkləri xahiş olunur. Namizədlər yaşayış ünvanlarına uyğun olaraq Şirkətin Bakı və Xirdalan şəhərləri üzrə yerləşən ofisləri üzrə qiymətləndiriləcəklər.