Sahə mühəndisi

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 14.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (yaxud müvafiq sahə üzrə təhsil);
  • İnşaat mühəndisliyi vəya memarlıq üzrə sənaye tərəfindən tanınan diplom və ya dərəcəyə sahib olunması arzu olunandır;
  • Azərbaycan dilini səlis, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Komanda ilə birgə işləmə bacarığı;
  • Autocad proqramından sərbəst istifadə qabiliyyəti;
  • Texniki layihələri oxuma və icra etmə üzrə yüksək səviyyədə bilik;

Vəzifə təlimatı:

  • Layihə üzrə fəaliyyət planının hazırlanması;
  • Müqavilə tələblərinə müvafiq olaraq sahədə fəaliyyət göstərən tərəflərin iş prosesinin düzgün istiqamətləndirilməsi və prossesə nəzarətin həyata keçirilməsi;
  • Layihənin əhatə dairəsi çərçivəsində tərəflərlə görüşlərin təşkili, həll edici məqamların müzakirəsi və yekun nəticənin razılaşdırılması;
  • Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, müvafiq qurumlarının əlaqələndirilməsi;
  • Razılaşdırılmış yekun fəaliyyət planına əsasən iş prosesinin düzgün təşkili və müvafiq tərəflərlə icrasının təmin edilməsi;
  • Layihənin təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi;
  • Layihə üzrə iş gedişatına nəzarət edilməsi və vəzifə öhdəlikləri daxilində müvafiq tərəflərin məlumatlandırılması;
  • İş prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış problemlə bağlı tədbirlər planının hazırlanması;
  • Dizayner komandası ilə iş prosesin koordinasiya edilməsi, analizi və təhlilinin həyata keçirilməsi;
  • Layihənin təhvili üzrə yekun hesabatın hazırlanması;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Sahə mühəndisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi