Baş qənnadçı

  • Şirniyyat Evi
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Menu tərtibatını icra etmək (kalkulyasiya, reseptlərin, texniki xəritələrin hazırlanması)
  • Qida məhsullarını standartlara uyğun olaraq hazırlama prosesini təşkil etmək
  • İş zamanı qiqiyena qaydalarına riayət etmək və bütün lazımi avadanlıqların işlək vəziyyətdə olmasından əmin olmaq
  • Qida məhsullarının günlük təlabatını müəyyənləşdirmək və düzgün miqdarda və çeşidlərdə sifariş etmək
  • Qida məhsullarının keyfiyyətinə nəzarət etmək və standartlara uyğun olaraq saxlanılmasını təmin etmək
  • Satışa verilən məhsulların qablaşmasını və nişanlanması təşkil etmək
  • Personalın idarə olunması,vəzifələrin işçilər arasında bərabər şəkildə bölgüsü.İşçi heyyətinin həvəsləndirilməsi üçün təkliflərin irəli sürülməsi.
  • Həftəlik olaraq anbarın sayılması, qeydiyyatının aparılması, çatışmamazlıqlar barəsində məlumat verib cavabdehlik daşınması.

Namizədə əsas tələblər:

  • Milli və Xarici şirniyyat bilikləri
  • Qeyd olunan vəzifə üzrə ən azı 5 il iş təcrübəsi.
  • Menyu hesablanması və hazırlanması
  • Qida təhlükəsizliyi mövzusuna aid problemləri həll edir və qeydiyyatını aparır. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görür və bu barədə rəhbərləri məlumatlandırır.

Hüquqlar:

  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Tədris hissə müdürünə məlumat vermək.
  • Baş Aşpaz-Şirniyyatçı səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Şirkətin işçilərindən tələb etmək.
  • Rəhbərlik tərəfindən zəruri tövsiyələr almaq.
  • Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
  • Şirkətin strategiyası ilə tanış olmaq;

İş Haqqında məlumat:

  • Həftədə 6 gün 9 saatlıq iş qrafiki.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən rəsmi şəkildə qeydiyyat.
  • Əmək haqqı iş görüşməsi əsasında namizədə uyğun olaraq müəyyən olunacaq.

Maraqlanan şəxslərdən pozisiyanın adını qeyd edərək CV-nizi qeyd olunan mail ünvanına göndərməyiniz xahiş edilir.