Sığorta hadisələrinin araşdırması üzrə Aparıcı Mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil olmalı;
  • Microsoft Office proqramları bilməli;
  • Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
  • Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;

İş haqqında məlumat: 

  • Zərər dəymiş əmlaka baxış keçirərək qiymətləndirməni aparmaq;
  • Ehtiyac yarandıqda hadisə yerinə çıxış etmək, həqiqi və ya saxta hal olması ilə əlaqədar hadisəni araşdırmaq;
  • Zərər dəymiş əmlakın ehtiyac yarandıqda şəkil üzərindən qiymətini təyin etmək; 
  • Qiymət təyin edilə bilməyən zaman dəyərləndirmə üçün müştərini təmir müəssisələrinə yönəltmək;
  • Regionlarda və Bakıda olan yol nəqliyyat hadisələri üzrə nəqliyyat vasitələrinə dəymiş ziyan üzrə qüsur aktlarının tərtibatında təmir müəssisəsində iştirak etmək, servisdən verilən qiymətləndirmə dəyərini analiz etmək;
  • Sığorta işi sistemdə təsdiq olunduqdan sonra zərər dəymiş əmlakın təmir-bərpa olmaq məqsədilə təmir müəssisəsinə istiqamətləndirmək;
  • İlkin təklif olunmuş qiymət ilə razılaşmayan müştəri ilə görüşmək və razılıq əldə olunmasına çalışmaq;
  • Qiymətləndirmə ilə bağlı razılıq əldə olunduqdan sonra təmir üçün müştərini servisə yönləndirmək;
  • Servislərdə təmir olunan nəqliyyat vasitələrinə nəzarət etmək;
  • Cəmiyyətə qarşı irəli sürülmüş subroqasiya tələblərini qiymətləndirmək, yenidən qiymətləndirmə üçün digər şirkətlərlə görüşmək;
  • Zərərə aid qüsur aktı təqdim olunduqda həmin sənədləri icraçıya təqdim etmək;
  • Ay ərzində qüsur aktları barədə hesabatlar hazırlamaq;
  • İlkin qiymətləndirmə zamanı ehtiyat hissələrə qiymət qoymaq;
  • Qəza zamanı zərər dəymiş daşınmaz əmlakı dəyərləndirmək;
  • Ölkədaxili və xarici ehtiyat hissələrini axtararaq təmin etmək; 

 İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində Sığorta hadisələrinin araşdırması üzrə Aparıcı mütəxəssis qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi