Mühafizəçi

  • Lion Security
  • Elanın qoyulma tarixi: 11.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Ticarət mərkəzinin mülkiyyətində və istifadəsində olan ərazilərin, daşınar və daşınmaz əmlakının nəzarətini təşkil etməlidir;
  • Mühafizə əməkdaşları  müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
  • Ticarət mərkəzi ətrafını nəzarət altında saxlamaq;
  • Kənar şəxslərin təhlükəsizlik sahəsinə daxil olmasının qarşısını almaq
  • Mühafizə olunan obyektin rəhbərlərinin və əməkdaşlarını üzdən tanımaq
  • Mühafizə xidmətinin əməkdaşları kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə olunan başqa obyektlərinin giriş və çıxışlarını ciddi nəzarətdə saxlamalıdırlar.
  • Mühafizə xidmətinin əməkdaşları iş vaxtı maksimum sayıqlıq və diqqət göstərməlidirlər
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək.
  • Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə etmək;

Tələblər:

  • Yaş 20-45
  • Boy-1.73 sm yuxarı; 
  • Hərbi bilet mütləq olmalıdır
  • Fiziki sağlam olmalı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Çevik və doğru qərar vermə bacarığı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik kimi şəxsi keyfiyyətlərə malik olmalı.
  • İş yeri: Bakı şəhəri,Qaradağ rayonu (Lökbatan qəs.)
  • İş rejimi: növbəli 
  • Əmək haqqı: 450-500 AZN (Net)
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

Şirkət tərəfinnən təmin edilir:

  •  mühafizəçilər  üçün nəzərdə tutulmuş  uni forma şirkət tərəfindən  təmin edilir.
  • Əməkdaşların təlimi və sertifikatlaşdırılması  şirkət tərəfindən həyata keçirilir .

Vakansiyaya Müraciət etmək istəyən namizədlər  CV-ləri  mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə mail ünvanına göndərə bilərlər və ya baş ofisə (Bakı, ​Albert Aqarunov 3a , Baku office centr , 5 mərtəbə, 502 otaq) təqdim edə bilərlər.

Lion Security tərəfindən digər vakansiyalar