Ödənişli Təcrübə Proqramı

İşin təsviri

Sizə nə təklif edirik?

  • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Anbar, nəqliyyat, yükdaşımalar, daxili və beynəlxalq yükdaşıma proseslərinin məlumat bazası ilə işləmək imkanları; 
  • Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, analitik təhlil sahələrində);
  • Azərbaycan dili əla səviyyədə, İngilis dili və Rus dili arzuolunandır;
  • MS Offise proqramlarında, xüsusilə Excel (pivot table), Power BI –də yüksək səviyyədə iş bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Məntiqi təfəkkür və analitik təhlil bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
  • Məlumatların təhlili və hesabatların hazırlanması;
  • Logistika sahəsində istifadə edilən xüsusi proqramlarla işləməyi öyrənmək;
  • Yükdaşıma əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
  • Anbar əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
  • Maliyyə hesabatları ilə işləməyi öyrənmək;
  • Proseslərin təhlili və hesabatların əldə edilməsi;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə  əldə etmək istəyirsinizsə CV-nizi 11 oktyabr 2023-cü il tarixinədək e-mail ünvanına, mövzu hissəsində “Maliyyə, mühasibatlıq, analitika üzrə təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.