Satış müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  •  Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
  • Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
  • Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
  • Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
  •  yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
  • Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
  • Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
  • Bölgə rəhbərlərinin işini koordinasiya etmək;
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
  • Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
  • Müştərilərlə görüş və söhbətlərin aparılması;
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
  • Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.

Namizəd üçün tələblər:

  • İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
  • Satış/kommersiya sektorunda azı 5-7 illik iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilmək üstünlükdür;
  • Mükəmməl liderlik və idarətmə bacarıqları;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • MS Office proqramlarında və məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
  • Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
  • Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
  • 35 yaşdan yuxarı şəxslər müraciət etsin.
  • İş rejimi: 6 gün

Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Satış müdiri” Mövzu bölməsində qeyd edərək elektron ünvanına göndərə bilərlər.