Vergi məsələləri üzrə mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi hesabatlarının hazırlanması və vergi orqanına təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Əvəzləşdirmələrin edilməsi
  • Vergi sistemi üzərində EQF-lərin izlənməsi, qaytarmaların yoxlanılması və təsdiqi

Tələb:

  • Ali təhsil (İqtisadiyyat sahəsi üzrə olanlara üstünlük verilir)
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır
  • MS office, Mikro proqramı və BTB vergi proqramı biliyi

Əlavə tələb:

  • Məsuliyyətli olmaq
  • Diqqətli olmaq
  • Komandada işləmə bacarığı

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Ə/h namizədin təcrübə və biliklərinə əsasən müəyyən ediləcək
  • İş yeri : Bakı, Yasamal rayonu, H.Cavid pr198

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Vergi məsələləri üzrə mühasib” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi