Təftiş üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Yüksək səviyyədə MS Office, 1C biliyi; 
  • Beynəlxalq audit standartları üzrə biliklər;
  • Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
  • Sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi.

Vəzifə öhdəlikləri:

  • Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi və əməliyyatların düzgünlüyünün yoxlanılması;
  • 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması;
  • Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması;
  • Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması;
  • Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub-olmamasının yoxlanılması;
  • Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması;
  • Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi;
  • Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması;
  • Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması;
  • Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili.

İş şəraiti:

  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 1300-1600 AZN;

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi