Satış Direktoru (Ayaqqabı istehsalı sahəsi)

  • Bafco İnvest
  • Elanın qoyulma tarixi: 28.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Daxili və xarici bazarda satış strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Satış qiymətlərinin müəyyən edilməsi üçün yerli və xarici bazar araşdırması aparmaq
  • Müştəri bazasının formalaşdırılması və koorporativ müştərilərlə əlaqələrin qurulması
  • Müştərilərə məhsul və xidmətlərin keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması
  • İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması
  • Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
  • Aylıq, həftəlik və illik satış hədəflərini təyin etmək və idarə etmək
  • Məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq
  • Şirkətin satış həcminin artırılması
  • Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
  • Ətraflı və dəqiq satış hesabatlarının hazırlanması
  • Görülən işlərə dair dövrü hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi
  • Satış komandanın fəaliyyətini təşkil və idarə etmək
  • Satış əməkdaşları tərəfindən hesabatlılığın təmin edilməsi və hesabatların dəyərləndirilməsi ilə uyğun tədbirlərin həyata keçirilməsi
  • Satış əməkdaşların təlimatlandırılması, hədəflərin təyin olunması
  • İşgüzar tədbirlərdə və sərgilərdə şirkətin təmsil olunması

Namizədə tələblər:

  • Ali təhsil
  • Satış və ya kommersiya sektorunda ən azı 3-5 il iş təcrübəsi
  • Azərbaycan/inglis dilini mükəmməl səviyyədə bilmək, rus/türk dili bilgisi üstünlükdür)
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • Şifahi və yazılı kommunikasiya bacarıqlı olmalı
  • Təqdimat və təsiretmə bacarıqlı olmalı;

Əlavə məlumatlar:

  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri: Ağdam Sənayə Parkı və Bakı ofisi

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış Direktoru” yazaraq, 20.09.2023 – ci il tarixinədək göndərilməsi xahiş olunur.