Barmen

  • Saffron Group
  • Elanın qoyulma tarixi: 24.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş öhdəlikləri:

  • Gündəlik bar işləri üçün bütün iş tapşırıqlarına nəzarət etmək və həyata keçirmək;
  • Reseptlərə uyğun olaraq içkiləri hazırlamaq;
  • Yüksək keyfiyyətli və çevik xidmət göstərmək;
  • İçkilərlə bağlı sifarişləri qəbul etmək;
  • Menyuda göstərilən bütün içkilər barədə məlumatlı olmaq;
  • Xidmət sahəsi və ərazinin təmiz və səliqəli olmasını təmin etmək; 
  • İşlək avadanlığın rüblük, yarımillik və illik siyahıya alınmasında yardım etmək.

Əsas tələblər:

  • Müvafiq iş təcrübəsi;
  • Qonaqlar və işçi heyəti ilə ünsiyyət qurmaq bacarıqları;
  • Müştəri şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll olunmasını təmin etmək;
  • Dil bilikləri; Azərbaycan, İngilis dilləri vacib, Rus dili arzu olunandır.

Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 08.09.2023-cü il tarixinədək göndərə bilərlər. 

Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.