Əmək haqqı üzrə mühasib

İşin təsviri

Vakansiya haqqında məlumat:

  • Təqdim olunmuş tabel əsasında işçilərə əmək haqqlarının hesablanması və ödənilməsini təmin edilməsi;
  • Ezamiyyə, məzuniyyət, son haqq hesab və s.kimi əmək haqqına bərabər tutulan ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
  • Yeni işçilərə əmək haqqı bank kartlarının sifariş olunması;
  • DSMF tərəfindən ödənilən uşağın anadan olmasına, uşağa qulluq edilməsinə, əmək qabiliyətinin müvəqqəti itirilməsinə görə və s. kimi müavinətlərin müvafiq sənədlərinin hazırlanıb elektron hökümət portalı vasitəsilə təqdim olunması;
  • Əmək haqqı ilə bağlı hesablamaların 1C proqramına işlənilməsi;
  • Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması.

Tələblər:

  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Mühasibatlıq və maliyyə üzrə ən azı 1 il iş təcrübəsi; 
  • Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları üzrə məlumatlılıq;
  • Azərbaycan dilində səlis danışıq və yazı; (rus və ingilis dillərini bilməsi üstünlükdür)
  • MS Office və 1C ERP proqramlarının sərbəst istifadəsi;
  • Komanda işləmək bacarığı;
  • Çeviklik və uyğunlaşma bacarığı;
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

İş şəraitinin şərtləri:

  • İş qrafiki : 09:00-18:00;
  • İstirahət günü: Həftədə 2 dəfə (Şənbə və Bazar günü) 
  • Ə/h müsahibə əsasında təyin olunur.

Müraciət üçün son tarix: 10.09.2023

CV-nizi başlıqda " Əmək haqqı üzrə mühasib " qeyd etməklə göndərməyiniz xahiş olunur.