Rəqəmsal marketinq mütəxəssisi

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 23.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq mütəxəssisi markanın cari marketinq fəaliyyətini öncədən planlaşdırılmış marketinq strategiyası çərçivəsində icra edir. 

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Yeni reklam kanallarının və digər marketinq alətlərinin araşdırılması və iş birliyinin aparılması;
  • Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması;
  • Reklam kanallarının və kampaniyaların analiz edilməsi;
  • Analizə əsasən optimizasiyaların aparılması;
  • Analizə əsasən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Kommunikasiya üçün zəruri olan vizualların hazırlanmsına nəzarət etməlidir.
  • Web saytda məlumatların yenilənməsi və bu istiqamətdə dəstək xidməti ilə əlaqələrin qurulması, tapşırıqların verilməsi və izlənilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
  • Meta Ads, Google Ads;
  • Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
  • Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
  • SEO üzrə biliklər arzu olunandır;
  • Excel və ya Google Sheet bilikləri;
  • Kollektiv və fərdi işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
  • Bir neçə tapşırığı paralel yerinə yetirmə qabiliyyəti. 

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi " Rəqəmsal marketinq" başlığı ilə göndərə bilərsiniz.