İşin təsviri
İş barədə məlumat:
- Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması;
- Tikinti quraşdırma, rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, maşınmexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması;
- İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğu və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin olunması;
- Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması;
- Layihə-smeta sənədləri üzrə lazımi arayışların hazırlanması;
- Görülən işlər barədə aylıq texniki hesabatların hesablanması;
- Anbarlarda olan materialların görülən işlere uyğun normalar əsasında sərfiyyatının (çıxışının) kontrol etməsi;
- Hər obyektin maliyyətinin çıxarılması;
- İşlərin aylıq qəbul aktlarının hazırlanması;
Tələblər:
- İnşaat sahəsi üzrə ali təhsil;
- 25-55 yaş aralığında olmalı;
- Microsoft Office, AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- Müvafiq sahədə ən az 3 illik təcrübəyə sahib olmalı;
- Hesablama normalarını bilməlidir.
Əmək haqqi:1500-2000 manat (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göndərilən məktubun “mövzü” yerində “Tikinti üzrə smetaçı” qeyd edin.