Avropa Azərbaycan Məktəbi
Informatika müəllimi vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.
Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:
• Məktəbdə informatika fənninin tədris edilməsi
• Məktəbin İT departamentinin işinə dəstək
• Şagird bilik və bacarığının Məktəbin qiymətləndirmə tələbatlarına uyğun yoxlanması və qiymətləndirilməsi
• Məktəbin Qiymətləndirmə departamentinə şagirdlərin nailiyyət göstəricilərinə dair departamentin təqviminə uyğun hesabatların verilməsi və keçirilmiş testlərin nəticələrinin təqdim edilməsi
Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:
Kompüter mühəndisi ixtisası üzrə magistr dərəcəsi
Azı üç illik pedaqoji təcrübə
İnformatika fənni üzrə müvafiq testlərin yazılması
İnformatika fənni üzrə dərslikdən əlavə materialların hazırlanması
İnformasiya texnologiyalarindan yüksək səviyyədə istifadə etmək bacarığı
İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
İngilis və rus dillərini yaxşısəviyyədə bilmə
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:
• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Şagirdlərlə və valideynlərlə yüksək səviyyədə ünsiyyət bacarığı
• Çətin idarə olunan və hiperaktiv şagirdlərlə iş bacarığı
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti
Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
Sənədlər 20 sentyabr 2013-cü il tarixədək qəbul ediləcəkdir.